"Arsenal" tarixin ən bahalı transferini reallaşdırıb
Olivia Smit qadın futbolunun ən bahalı oyunçusu oldu.
Sportline.az xəbər verir ki, qadın futbolunda tarixə düşəcək bir transfer gerçəkləşib.
İngiltərə Premyer Liqasının təmsilçisi "Arsenal" "Liverpul" klubunda çıxış edən 20 yaşlı kanadalı hücumçu Olivia Smiti 1 milyon funt sterlin qarşılığında transfer edib.
Bu məbləğ qadın futbolu tarixində indiyədək ödənmiş ən yüksək transfer haqqı kimi qeydə alınıb.