“Arsenal” türkiyəli ulduzu transfer etməyə çalışır

Kenan Yıldız karyerası İngiltərə Premyer Liqasında davam edə bilər.

Sportline.az xəbər verir ki, "Arsenal” türkiyəli gənc hücumçu Kenan Yıldızla maraqlanır. 

GOAL-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Mikel Artetanın komandası artıq “Yuventus”la oyunçunun gələcək transferi üçün əlaqə yaradıb.

Turin təmsilçisi isə ulduz futbolçunu satmaq niyyətində deyil. 20 yaşlı oyunçunun hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.