"Arsenal" ulduzunu satmayacaq
“Real Madrid” mövsümün sonu üçün transfer çalışmalarına erkən start verib.
Sportline.az xəbər verir ki, Antonio Rüdiger və David Alabanın mümkün ayrılığı fonunda rəhbərlik müdafiənin mərkəzi üçün təcrübəli və ulduz səviyyəli futbolçu axtarışına çıxıb.
Madrid təmsilçisi yay transfer dönəmində müdafiə xəttini gücləndirmək üçün “Arsenal”ın braziliyalı stoperi Qabriel Maqalyaeş ilə maraqlanır.
Lakin London klubu ispanlara açıq mesaj göndərib. “Arsenal” rəhbərliyi maliyyə təklifi nə qədər yüksək olsa belə, transferin mümkün olmadığını qeyd edib və futbolçu ilə bağlı danışıqlara başlamaqdan imtina edib.