"Arsenal" və "Çelsi" 21 yaşlı futbolçu ilə maraqlanır
"Sportinq"in afrikalı stopperi Ousman Diomande İngiltərə nəhənglərinin radarındadır.
Sportline.az "Record Portugal"a istinadən xəbər verir ki, Portuqaliya klubu 21 yaşlı mərkəz müdafiəçisi üçün ən azı 45 milyon avro tələb edir.
"Arsenal" və "Çelsi" klubları sözügedən oyunçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, "Qalatasaray"da yanvar ayında Diomande üçün hərəkətə keçəcək.