“Arsenal” və “Çelsi” transfer yarışına girib

“Marsel”in fransalı futbolçusu Derril Bakola İngiltərə nəhənglərinin transfer hədəfinə çevrilib.

Sportline.az xəbər verir ki, “Arsenal” və “Çelsi” 18 yaşlı futbolçunu heyətinə qatmaq üçün yarışa girib.

Bu haqda “Footmercato” nəşri məlumat yayıb.

Qeyd edək ki, D.Bakola cari mövsüm meydana çıxdığı 11 matçda 1 qol, 1 asistlə yadda qalıb.