"Arsenal" və "Çelsi" yarışa girib
"Lans"ın gənc futbolçusu Rayan Fofana İngiltərə nəhənglərinin radarına düşüb.
Sportline.az xəbər verir ki, "Arsenal" və "Çelsi" 20 yaşlı forvardı transfer etmək üçün yarışa girib.
Bu haqda "Sports Boom" nəşri məlumat yayıb.
Qeyd edək ki, R.Fofana cari mövsüm meydana çıxdığı 22 matçda 6 qol, 1 asistlə yadda qalıb.