"Arsenal" və "Tottenhem" transfer yarışına girib

"Fiorentina"nın italiyalı futbolçusu Moyze Kin karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Arsenal" və "Tottenhem" Moyze Kini transfer etmək üçün hərəkətə keçib.

24 yaşlı forvardın dəyəri "Transfermarkt" portalına görə 30 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Moyze Kin bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 19 qol və 2 asistlə yadda qalıb.

Onun "Fiorentina" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.