"Arsenal"da yayda ayrılıq yaşanacaq

"Arsenal"ın sağ cinah müdafiəçisi Ben Vayt yayda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, "Everton" 28 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, B.Vayt bu mövsüm meydana çıxdığı 21 matçda 1 qol, 2 asistlə yadda qalıb.