"Arsenal"dan 125 milyon avroluq transfer
"İnter"in argentinalı futbolçusu Lautaro Martinez "Arsenal"ın transfer hədəfinə çevrilib.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfə 125 milyon avro ödəməyə hazırdır.
27 yaşlı futbolçunun "İnter"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Lautaro Martinez bu mövsüm çıxış etdiyi 41 matçda 19 qol və 6 məhsuldar ötürmə müəllifi olub.