"Arsenal"dan 25 milyon avroluq transfer

"Arsenal" "Yuventus"un hücumçusu Duşan Vlahoviçi transfer etmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, bu haqda "Tutto Juve" nəşri məlumat yayıb.

London klubu "Yuventus"a Vlahoviç üçün 25 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, serbiyalı futbolçu "Arsenal"da çıxış etməyə müsbət yanaşır.

Vlahoviçin "Yuventus"la müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

25 yaşlı forvard cari mövsüm çıxış etdiyi 34 oyunda rəqib qapılarından 14 top keçirib.