"Arsenal"dan 75 milyon avroluq transfer

"Arsenal" Antoni Qordonu heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, bu haqda "The Sun" nəşri məlumat yayıb.

"Topçular" bu keçid üçün qarşı tərəfə 75 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, E.Qordon bu mövsüm "Nyukasl"ın heyətində meydana çıxdığı 39 matçda 14 qol, 5 asistlə yadda qalıb.