"Arsenal"dan ayrılmayacaq

"Arsenal"ın italiyalı futbolçusu Rikkardo Kalafiori yayda klubdan ayrılmayacaq.

Sportline.az xəbər verir ki, 23 yaşlı oyunçu klubda xoşbəxt olduğunu açıqlayıb.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, R.Kalafiori cari mövsüm meydana çıxdığı 28 matçda 1 qol, 3 asistlə yadda qalıb.