"Arsenal"dan "Mançester Yunayted"ə doğru
"Arsenal"ın gənc futbolçusu Mayls Luyis-Skelli yayda klubdan ayrılacağı gözlənilir.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" 19 yaşlı oyunçuya elçi düşüb.
Bu haqda "Mail Sport" nəşri məlumat yayıb.
Sol cinah müdafiəçisinin transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, M.Luyis Skelli cari mövsüm meydana çıxdığı 27 oyunda 4 asistlə yadda qalıb.