"Arsenal"dan Niko həmləsi

"Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyams mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az "Transferdot.com" saytına istinadən xəbər verir ki, "Arsenal" Uilyamsı transfer siyahısına əlavə edib.

London klubu mövsümün sonunda "Atletik"ə rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Uilyamsın İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

O bu mövsüm çıxış etdiyi 34 matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Uilyamsın hazır ki dəyəri "Transfermarkt" portalına görə 70 milyon avro olaraq qiymətləndirilir.