“Arsenal”dan yeni həmlə
Londonun “Arsenal” klubu yanvar ayında yeni transferlər həyata keçirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, əsas hədəflərdən biri “Lill”in gənc oyunçusu Ayyoub Bouaddidir.
Bu haqda “Mirror Football” nəşri məlumat yayıb.
“Arsenal” bu keçid üçün qarşı tərəfə 39 milyon avro təklif etməyi düşünür.
Qeyd edək ki, A.Bouaddi bu mövsüm meydana çıxdığı 20 matçda 1 asistlə yadda qalıb.