"Arsenal"ı "Everton"a dəyişir

"Everton" "Arsenal"ın futbolçusu Mayls Luyis-Skellini heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

19 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 26 matçda 4 asistlə yadda qalıb.

Qeyd edək ki, M.Luyis-Skellinin dəyəri 35 milyon avrodur.