"Arsenal"ın 1 nömrəli hədəfi

"Arsenal" "İnter"in argentinalı hücumçusu Lautaro Martinez üçün rəsmi təklif göndərməyə hazırlaşır.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, London klubu Martinez üçün "İnter"ə 100 milyon avro ödəməyə hazırdır.

27 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 38 oyunda rəqib qapılarından 17 top keçirib.

Qeyd edək ki, Lautaro Martinezin "İnter"lə müqaviləsi 2029-cu ilin yayına qədərdir.