"Arsenal"ın 1 nömrəli hədəfi
"Arsenal" "Atletiko"nun forvardı Xuliyan Alvarezi heyətində görmək istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Daily Mirror" nəşri məlumat yayıb.
26 yaşlı futbolçu Madrid klubundan ayrılmaq niyyətindədir.
Qeyd edək ki, "Arsenal" bu keçid üçün qarşı tərəfə 100 milyon avro ödəməyə hazırdır.