“Arsenal”ın Arda Güler sevdası
"Arsenal" "Real Madrid"in türkiyəli futbolçusu Arda Güleri transfer etməkdə israrlıdır.
Sportline.az xəbər verir ki, London klubu gələn ilin yayında "Real"a rəsmi təklif göndərəcək.
Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Lakin Xabi Alonso Ardanın klubdan ayrılmasının əleyhinədir.
Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçinin dəyəri 60 milyon avrodur.
O, bu mövsüm meydana çıxdığı 16 matçda 4 qol, 6 asistlə yadda qalıb.