“Arsenal”ın futbolçusu 1 aylıq sıradan çıxıb
Martin Odeqard daha təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacaq.
Sportline.az xəbər verir ki, “Arsenal”ın yarımmüdafiəçisinin Premyer Liqada “Fulhem”, “Kristal Pelas”, “Börnli” və “Sanderlend”, Çempionlar Liqasında isə “Atletiko Madrid” və “Slaviya Praq” ilə oyunları buraxacağı gözlənilir.
26 yaşlı futbolçu oktyabrın 4-də “Vest Hem” ilə matçın (2:0) ilk hissəsində dizindən zədə alıb.