"Arsenal"ın futbolçusu zədələndi
"Arsenal"ın heyətində ciddi itki qeydə alınıb.
Sportline.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Noni Madueke zədələnib.
24 yaşlı vinger İngiltərə millisinin düşərgəsində xəsarət alıb.
Bu barədə millinin baş məşqçisi Tomas Tuxel məlumat verib. Almaniyalı mütəxəssis Maduekenin bir müddət meydanlardan kənarda qalacağını bildirib.