"Arsenal"ın hədəfi italiyalı futbolçudur

"İnter" və İtaliya milli komandasının futbolçusu Pio Esposito karyerasını İngiltərədə davam etdirə bilər.

Sportline.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "Arsenal"dan təklif alıb.

London təmsilçisi futbolçunun transferi üçün ilkin danışıqlara start verib.

Onun "İnter" ilə müqaviləsi 30 iyun 2030-cu ilə qədər qüvvədədir.