“Arsenal”ın heyətində ciddi itki

İngiltərənin “Arsenal” komandası heyət baxımından önəmli bir itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, London klubunun kapitanı Martin Edeqor zədələnərək sıradan çıxıb. Norveçli yarımmüdafiəçi Premyer Liqanın 7-ci turunda “Vest Hem”ə qarşı keçirilən görüşdə (2:0) diz nahiyəsindən zədə alıb.

Baş məşqçi Mikel Arteta qarşılaşmadan sonra Edeqorun durumu ilə bağlı açıqlama verib. O, 26 yaşlı futbolçunun zədəsinin ciddi olduğunu bildirib.