“Arsenal”ın “Liverpul” matçı öncəsi itkiləri açıqlanıb
Bu mövsüm Premyer Liqada çempionluğu hədəfləyən “Arsenal” 9-cu turda “Liverpul”u qəbul edəcək.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “topçular” “Liverpul” qarşısına ciddi itkilərlər çıxacaqı gözlənilir. Bukayo Saka, Martin Odeqard, Rikardo Kalafiori, Kiran Tirni və Juriyen Timber zədədən əziyət çəkir. Villiam Saliba isə ötən tur “Bormut” ilə matçda aldığı qırmızı vərəqə səbəbindən “mersisaydlılara” qarşı iştirak etməyəcək.
Qeyd edək ki, “Arsenal” 17 xalla turnir cədvəlində 3-cü pillədə yer alır.