“Arsenal”ın yeni hədəfi
“Arsenal” yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, “Nyukasl Yunayted”in brazilyalı futbolçusu Bruno Gimarayeş “Arsenal”ın əsas transfer hədəfinə çevrilib.
Gimarayeşin transfer qiyməti 80 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 36 matçda 3 qol və 8 asistlə yadda qalıb.