“Arsenal”ın yeni transferi zədələnib
İngiltərə Premyer Liqası təmsilçisi "Arsenal" ağır itki ilə üzləşib.
Sportline.az xəbər verir ki, komandanın yay transfer dönəmində heyətinə qatdığı Noni Madueke dizindən aldığı zədə səbəbilə uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
"Arsenal" sabah İngiltərə Liqa Kuboku çərçivəsində "Port Veyl"in qonağı olacaq. Görüş öncəsi yayılan xəbərlərə görə, "Athletic" nəşri Maduekenin azı 2 ay oynaya bilməyəcəyini bildirib.