Asim Xudiyev Avropa Liqasının oyununa təyinat aldı

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, həmyerlimiz Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları zamanı iş başında olacaq.

Xudiyev “Torpedo” (Gürcüstan) – “Trencin” (Slovakiya) oyununun hakim-inspektoru olacaq. Görüş iyulun 6-da baş tutacaq. Matç Kutaisi şəhərində keçiriləcək.