“Aston Villa” – “Bolonya”: Heyətlərdəki son durum
UEFA Avropa Liqasının Liqa mərhələsinin 1-ci turuna bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, “Aston Villa” doğma meydanda “Bolonya” ilə üz-üzə gələcək.
Heyətlərə nəzər saldıqda Birmingem klubunda Andres Qarsiya, Amadu Onana, Roz Barkli və Yuri Tilemanas zədə səbəbində matçı buraxmalı olacaq.
“Bolonya”da Nikola Kassale, Tommaso Pobeqa və Çiro İmmobile baş məşqçi Vinçenso İtalianonun sərəncamında olmayacaq.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.