"Aston Villa" italiyalı forvardla maraqlanır
"Aston Villa" "Fiorentina"nın italiyalı hücumçusu Moyze Kini transfer etmək qərarına gəlib.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, Birmingem klubu M.Kin üçün "Fiorentina"ya 40 milyon avro ödəməyə hazırdır.
24 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda 19 qol və 2 asistlə yadda qalıb.
Qeyd edək ki, Moyze Kinin "Fiorentina" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.