"Aston Villa" transferlərə davam edir

"Aston Villa" klubu daha bir transfer reallaşdırıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Çelsi"nin fransalı futbolçusu Aksel Disasi icarə əsasında "Aston Villa" klubuna keçib.

26 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 17 oyunda 2 qol və 2 asistlə yadda qalıb.

Qeyd edək ki, Disasinin hazır ki dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.