"Aston Villa"da ayrılıq gözlənilir
"Aston Villa"nın yarımmüdafiəçisi Yuri Tilemans yayda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
28 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avrodur.
Qeyd edək ki, Y.Tilemans cari mövsüm meydana çıxdığı 22 matçda 1 qol, 5 asistlə yadda qalıb.