"Aston Villa"nın gözü "Qalatasaray"ın futbolçusunun üzərindədir
"Aston Villa" "Qalatasaray"ın afrikalı futbolçusu Vilfred Sinqonu heyətinə qatmaq niyyətindədir.
Sportline.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, 24 yaşlı sağ cinah müdafiəçisinin sərbəst qalma məbləği 60 milyon avrodur.
V.Sinqo "Qalatasaray"a bu yay "Monako"dan 30.7 milyon avro qarşılığında transfer olunmuşdu.
Qeyd edək ki, Fildişi Sahili millisinin üzvü cari mövsüm çıxış etdiyi 7 matçda 1 asistlə yadda qalıb.