“Atalanta”nı “Arsenal”a dəyişə bilər
"Atalanta"nın nigeryalı futbolçusu Ademula Lukman "Arsenal"a keçə bilər.
Sportline.az "Quotidiano Sportivo"ya istinadən xəbər verir ki, London klubu Lukmanın meneceri ilə bu həftə görüşəcək.
27 yaşlı futbolçunun transfer qiyməti 60 milyon avrodur.
Qeyd edək ki, Nigerya millisinin üzvü ötən mövsüm meydana çıxdığı 40 matçda 20 qol 6 asistlə yadda qalıb.