"Atletik Bilbao" 11 illik həsrətə son qoydu
İspaniyanın "Atletik Bilbao" klubu 11 ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsində iştirak edəcək.
Sportline.az xəbər verir ki, bu, La Liqanın 36-cı turunda "Xetafe"yə qarşı keçirilən oyundan sonra məlum olub. Həmin qarşılaşmada "Atletik" 2:0 hesabı ilə qələbə qazanıb.
Bilbao klubu mövsümün sonuna 2 tur qalmış xallarını 67-yə çatdıraraq turnir cədvəlində 4-cü yerə yüksəlib.
Mövcud qaydalara əsasən, La Liqada ilk 5 pillədə qərarlaşan komandalar növbəti mövsüm birbaşa Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanır.
Hazırda "Atletik" 6-cı sırada olan "Betis"i 8 xal qabaqlayır ki, bu da onların artıq ÇL-ə vəsiqəni təmin etdiyini göstərir.