"Atletik Bilbao" - "Mançester Yunayted": Düşərgələrdəki son durum

UEFA Avropa Liqasının yarımfinal mərhələsinə bu gün start veriləcək.

Sportline.az xəbər verir ki, turnirin əsas favoriti “Mançester Yunayted” “San Mames”də “Atletik Bilbao” ilə qarşılaşacaq.

Heyətlərə nəzər saldıqda “Mançester Yunayted”də itkilərin sayını kifayət qədərdir.

Amad Diallo, Matyas De Lixt, Dioqo Dalot, Lisandro Martinez və Coşua Zirkze zədə səbəbindən matçı buraxmalı olacaq.

“Atletik Bilbao”da isə yeganə itki Oyan Sansetin adı ilə bağlıdır. Oyunun ədalət təmsilçisi isveçli Espen Eskas olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.