"Atletik Bilbao" - "Roma": Heyətlərdəki son durum
UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, “Atletik Bilbao” “San Mames”də “Roma” ilə münasibətləri aydınlaşdıracaq.
İtaliyada keçirilən oyunda “Roma” rəqibini 2:1 hesabı ilə məğlub etmişdi.
“Atletik Bilbao” bu görüşə ciddi itkilərlə çıxacaq. Oyan Sanset, Daniel Viviyan, Alvaro Calo zədə, Yeray Alvarez isə cəza səbəbindən matçı buraxmalı olacaq.
“Roma”da isə Paulo Dibala və Mehmet Zeki Çelikin durumu oyun saatında bəlli olacaq. Start fiti 21:45-də səslənəcək görüşü fransalı Kleman Türpen idarə edəcək.