"Atletiko" və "Barselona" qalib gəldi, "Beşiktaş" üstünlüyü əldən verdi
Bu gün UEFA Çempionlar Liqasında 2-ci tura yekun vurulacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha 8 qarşılaşma keçiriləcək.
Diqqətlər, əsasən, Madridə yönələcək. "Atletiko" "Visente Kalderon"da "Bavariya"nı qəbul edəcək. Münhen təmsilçisi ötən mövsüm məğlub olduğu rəqibindən qisas almaq niyyətindədir. "Atletiko" isə qrupda zirvəni ələ keçirmək üçün 3 xala iddialıdır.
Yarışın əsas favoritlərindən biri - "Barselona" bu tur Almaniyaya səfər edəcək. Katalonları Mönhenqladbaxda "Borussiya" ilə çətin oyun gözləyir.
Türkiyə təmsilçisi "Beşiktaş" isə Kiyev "Dinamo"su ilə görüşdə azarkeşlərini sevindirmək arzusundadır.
Gecənin tam afişasını təqdim edirik:
28 sentyabr 2016
Çempionlar Liqası, 2-ci tur
A qrupu
“Arsenal” – “Bazel” - 2:0
QOLLAR: Teo Uolkot, 7 (1:0); Teo Uolkot, 26 (2:0)
“Ludoqorets” (Razqrad) – PSJ - 1:3
QOLLAR: Natanael, 15 (1:0); Matuidi, 41 (1:1); Kavani, 55 (1:2); Kavani, 60 (1:3)
B qrupu
“Beşiktaş” – “Dinamo” (Kiyev) - 1:1
QOLLAR: Kuareşma, 29 (1:0); Viktor Tsiqankov, 65 (1:1)
“Napoli” – “Benfika” - 4:2
QOLLAR: Hamşik, 20 (1:0); Mertens, 51 (2:0); Arek Milik, 54/p. (3:0); Mertens, 58 (4:0); Quedes, 70 (4:1); Salvio, 86 (4:2)
C qrupu
“Borussiya” M. – “Barselona” - 1:2
QOLLAR: Torqan Azar, 34 (1:0); Arda, 65 (1:1); Pike, 74 (1:2)
“Seltik” – “Mançester Siti” - 3:3
QOLLAR: Musa Dembele, 3 (1:0); Fernandinyo, 11 (1:1); Sterlinq, 20/a.q. (2:1); Sterlinq, 28 (2:2); Musa Dembele, 47 (3:2); Nolito, 55 (3:3)
D qrupu
“Atletiko” – “Bavariya” - 1:0
QOL: Karrasko, 35 (1:0)
“Rostov” – PSV - 2:2
QOLLAR: Dmitri Poloz, 8 (1:0); Deyvi Propper, 14 (1:1); Dmitri Poloz, 37 (2:1); Luk de Yonq, 45+2 (2:2)