“Atletiko Madrid” ulduz futbolçusu ilə yola davam edəcək
Antuan Qrizmann "Atletiko Madrid"lə yeni müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz şəxsi "X" hesabında paylaşım edib.
Onun hazırkı sözləşməsi 2026-cı ildə başa çatacaq.
ABŞ-nin "Los-Anceles" klubu futbolçunu heyətinə cəlb etmək istəsə də, danışıqlar müsbət yekunlaşmayıb
Qeyd edək ki, Qrizmann bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 46 matçda 16 qol və 7 asistlə yadda qalıb.