"Atletiko" və "Valensiya"dan 3 cavabsız top
İspaniya kubokunda 1/8 final mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib.
Çempionatın lideri "Atletiko" "Kopa del Rey"də də uğurlu çıxışını davam etdirir. Madrid təmsilçisi "Rayo Valyekano" ilə görüşdə qələbəni təmin edib.
"Valensiya" isə "Qranada" səfərində parlaq qələbə qazanıb.
14 yanvar 2016
"Kopa del Rey", 1/8 final
"Atletiko" (Madrid) - "Rayo Valyekano" - 3:0
Qollar: Korrea, 40 (1:0), Qrizman, 80 (2:0), 90+1 (3:0)
İlk oyun - 1:1
"Qranada" - "Valensiya" - 0:3
Qollar: Zahibo, 42 (0:1), Pako, 63 (0:2), Piatti, 84-pen (0:3)
İlk oyun - 0:4