“Atletiko”dan 70 milyon avroluq transfer

“Atletiko Madrid” “Marsel”in ingiltərəli futbolçusu Meyson Qrinvudu heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, Madrid təmsilçisi sözügedən oyunçu üçün 70 milyon avroluq təklif hazırlayır.

Bu haqda “Fichajes” nəşri məlumat yayıb.

Qeyd edək ki, Qrinvud cari mövsüm meydana çıxdığı 16 oyunda 11 qol, 4 asistlə yadda qalıb.