“Atletiko”dan Fati həmləsi

“Atletiko Madrid” Ansu Fatini transfer hədəfinə alıb.

Sportline.az xəbər verir ki, “Atletiko Madrid” “Monako”da parlayan Ansu Fatinin çıxışını yaxından izləyir və futbolçunun transferinə maraq göstərir.

Bu haqda  “Fichajes” nəşri məlumat yayıb.

“Barselona”nın yetirməsi cari mövsümdə Liqa 1-də cəmi 126 dəqiqə meydanda olsa da, artıq 5 qol vurmağı bacarıb.