“Atletiko”dan yeni həmlə
"Korintians" klubunun yarımmüdafiəçisi Breno Bidon karyerasını İspaniyanın La Liqa çempionatında davam etdirmək ehtimalı var.
Sportline.az xəbər verir ki, braziliyalı oyunçu ilə "Atletiko Madrid" maraqlanır.
Bu haqda insayder Ekrem Konur məlumat yayıb.
Madrid təmsilçisi gənc futbolçunun transferi üçün "Korintians"a 18 milyon avro məbləğində rəsmi təklif göndərib.
Bidonla yanaşı, "Sportinq", "Napoli" və "Mançester Yunayted" klubları da onunla maraq göstərir.