Auqusto Massari "Neftçi" klubunda

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari "Neftçi” klubunun qonağı olub.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, klub prezidenti Kamran Quliyev səfirlə görüşərək, Azərbaycanda futbolun inkişafı və bu istiqamətdə görüləcək işlər haqqında müzakirələr aparıb.

Ölkəmizdəki İtaliya vətəndaşları ilə maraqlanan Auqusto Massari ilə görüşdə "Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov, komandanın italiyalı baş məşqçisi Roberto Bordin, onun həmyerliləri – fiziki hazırlıq məşqçi Andrea Vezzu və futbolçu Canluka Sansone də iştirak ediblər. Xatirə olaraq səfirə "Neftçi”nin forması hədiyyə edilib.