"Avro-2017": Azərbaycan və Türkiyə yarımfinalda!

Bu gün qadın voleybolçuların Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Qrup mərhələsini maksimum nəticə ilə tamamlayan Azərbaycan seçməsi Almaniya ilə üz-üzə gələcək. Bir neçə gün öncə rəqibini üstələyən Faiq Qarayevin komandası, bu dəfə də azarkeşləri sevindirmək niyyətindədir.

Digər matçda Rusiya və Türkiyə voleybolçuları münasibətləri aydınlaşdıracaq.


29 sentyabr 2017
VOLEYBOL, Avro-2017
1/4 final

Azərbaycan - Almaniya - 3:0 (25:20; 25:18; 25:21)

Rusiya - Türkiyə - 0:3 (25:27; 18:25; 20:25)