"Avro-2017": Yarımfinal cütləri
Qadın voleybolçuların Avropa çempionatında mübarizə sona yaxınlaşmaqdadır. SportLine.az xəbər verir ki, yarışda artıq 1/4 final mərhələsinə yekun vurulub.
Nəticələrə əsasən, Azərbaycan millisi ilə yanaşı, Türkiyə, Hollandiya və Serbiya seçməsi də yarımfinala adlayıb.
Finalçılar isə sabah müəyyənləşəcək. Həlledici matça vəsiqə uğrunda Azərbaycan Hollandiya ilə, Türkiyə Serbiya ilə üz-üzə gələcək.