AVRO-2024: Almaniya əsas favoritdir
"Opta" statistika agentliyi Avropa çempionatının əsas favoritini açıqlayıb.
Sportline.az xəbər verir ki, agentlik bu şərəfə Almaniya millisini layiq görüb.
Bundestimin AVRO:2024-də qələbəsi 18, 34 faiz kimi qiymətləndirilib.
İkinci yerdə Fransa (18,21%), üçüncü pillədə isə İngiltərə seçməsi (17,22%) qərarlaşıb.
Qeyd edək ki, A kvartetində mübarizə aparan Almaniya millisi 7 xalla qrup mərhələsini lider kimi başa vurub.