AVRO-2024: Almaniya millisi problemlə üzləşib

Avropa çempionatının ev sahibi Almaniya milli komandası problemlə üzləşib.

Sportline.az xəbər verir ki, Bundestim məskunlaşdığı bazada ağcaqanadların hücumuna məruz qalıb.

Bu haqda "Daily Mail" nəşri məlumat yayıb.

Futbolçuların həm, məşq, həm də, istirahət zamanı həşəratlardan əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, Almaniya millisi 7 xalla Aqrupundan pley-offa lider kimi adlayıb.