AVRO-2024: Belçika Ukrayna qarşısına itkilərlə çıxacaq

Belçika millisi Avropa çempionatının qrup mərhələsinin son matçında Ukrayna ilə qarşılaşacaq.

Sportline.az xəbər verir ki, komandanın heyətində bəzi itkilər var.

Söhbət yarımmüdafiəçi Aksel Vitsellə müdafiəçi Toma Mönyedən gedir.

Sözügedən futbolçular oyunqabağı məşqdə iştirak etməyiblər. 

"RTBF"in yaydığı məlumata görə hər iki oyunçu zədə səbəbindən məşqə çıxmayıb.

Qeyd edək ki, Belçika ilə Ukrayna iyunun 26-da üz-üzə gələcək.