AVRO-2024: Huşunu itirən futbolçu əməliyyat olunacaq
Futbol üzrə Avropa çempionatının Şotlandiya - Macarıstan matçında zədələnən Baranbaş Varqanın son durumu açıqlanıb.
Sportline.az xəbər verir ki, Macarıstan millisinin üzvü cərrahiyyə əməliyyatı keçirəcək.
Onu üzünün bir neçə sümüyünün sındığı bildirilir.
Rəqiblə toqquşmadan sonra huşunu itirən futbolçunun həmçinin beyin silkələnməsinə məruq qaldığı bildirilir.
Bu haqda Goal.com saytı məlumat yayıb.