AVRO-2024: İsveçrə millisinin hədəfi
İsveçrə millisinin futbolçusu Qranit Caka milli komandanın Avropa çempionatındakı hədəfini açıqlayıb.
Sportline.az xəbər verir ki, təsrübəli yarımmüdafiəçi əsas məqsədin qrup mərhələsini adlamaq olduğunu bildirib.
"Qrup mərhələsini adlamaq niyyətindəyik. Çətin qrup düşdüyümüzün fərqindəyik. Bununla belə 1/8 finala adlamağa çalışacağıq. Sonra isə daha irəli getməyi arzu edirik", - deyə Caka UEFA-nın rəsmi saytına planlarından söz açıb.
Qeyd edək ki, İsveçrə millisi A qrupunda Almaniya. Şotlandiya və Macarıstan seçmələri ilə eyni qrupda mübarizə aparacaq.
Avropa çempionatına iyunun 14-də start veriləcək.